Siyəzəndə yol qəzası oldu, yaralanan var
Sosial
02.11.2024 02:31
Siyəzən rayonunda 40 yaşlı kişi
yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
TodayPress-in məlumatına görə, 1984- cü il təvəllüdlü
Ağasiyev Rəşad Əlisahib oğlunun idarə etdiyi motosiklet qarşı tərəfdən gələn
minik avtomobili ilə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi
xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən
xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması
diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Siyəzən, Qəza, Yaralı, Tramva, Reanimasiyaə, todaypress.az,