Siyəzəndə oğurluq faktlarına görə 4 nəfər saxlanıldı - FOTO
Sosial
11.01.2025 14:30
Siyəzəndə 12 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Murad Muradov və Yavər Umudov saxlanılıb.
TodayPress xəbər verir ki, həmçinin, polisin keçirdiyi digər əməliyyat nəticəsində Azay Qurbanov və tanışı Vüsal Qurbanov saxlanılıb.
Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisində “Man” markalı yük avtomobillərindən akkumulyator və bir evdən oğurluq etdikləri müəyyən olunub.
Faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.
tag: Siyəzən ,Oğurluq, Polis, Şöbə, todaypress.az,
![photo](/uploads/news/678236c9a4d1e.jpg)