Şıxov çimərliyi zibilxanaya çevrilib! - Ekspretdən ÇAĞIRIŞ

Sosial

28.04.2025 14:25

119

Deputat Səyyad Aranın Milli Məclisdə tarixi abidələrlə bağlı etdiyi çıxış ciddi müzakirələrə səbəb olub.

O, abidələrin pasportlaşdırılmasının zəruri olmadığını vurğulayıb və bunun əvəzinə, abidələrin qorunması və idarə edilməsi işini müəyyən iş adamlarına həvalə etməyi təklif edib. 

Əmlak eksperti Elnur Azadov mövzu ilə bağlı TodayPress-ə bildirib ki, tarixi binaların təxmini 90 faizi yaşayış məqsədilə istifadə olunur.

Buna görə də mülkiyyət yaşayış fonduna aid vətəndaşlara məxsusdur.

Ekspertin sözlərinə görə, yararsız vəziyyətdə olan abidələri iş adamlarına vermək yaxşı nəticələrə səbəb ola bilər:

"Tarixi binalar Mədəni İrsin Qorunması Agentliyi tərəfindən qeydiyyata alınıb və onlar da dövlət tərəfindən qorunur. Ancaq baxımsız vəziyyətdə olan abidələrə biznesmenlər tərəfindən investisiyalar yatırılarsa, onlardan faydalı şəkildə istifadə etmək olar. Məsələn, Qala Qoruğunu daha yaxşı vəziyyətə gətirməklə turizm sahəsinə töhfə vermək olar. Bununla yanaşı, tarixi abidə olmasa da Şıxov çimərliyi də yararsız haldadır, ətrafı zibilxanaya çevrilib. Həmin əraziyə maliyyə qoymaqla yaxşı gəlir əldə etmək olar".

Qeyd edək ki, pasportlaşdırma, abidələrin qeydiyyata alınması, vəziyyətinin izlənməsi və qorunma işlərinin effektivliyini təmin etmək üçün mühüm hesab olunur.   

Türkan İsgəndərli

tag: Elnur Azadov,Ekspert,Abidə,Çağırış,Todaypress.az,

photo