Şirniyyat emalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

Sosial

30.01.2025 17:30

Bakı şəhərinin Sabunçu rayonunda fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Məmməd Ədnan oğluna məxsus şirniyyat emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı məlum olub.

Bu barədə TodayPress-ə AQTA-dan məlumat verilib. 

Qeyd olunub ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal zamanı istehlaka yararsız məhsullardan istifadə olunduğu aşkarlanıb.

Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. 

tag: AQTA,Nöqsanlar,Sabunçu,Emal,Şiriniyyat,Todaypress.az,

photo