Sirkə turşusu içən qadın öldü

Sosial

21.03.2025 15:40

1912

Sumqayıtda bilməyərəkdən sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.

TodayPress verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.

1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın meyiti oğlunun yaşadığı evdə aşkarlanıb.

Onun ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

tag: Turşu sirkəsi,Qadın,Hadisə,Ölüm,todaypress.az,