Şirin pambıqdan zəhərləndiyi ehtimal olunan şagirdlərin durumu AÇIQLANDI

Sosial

14.03.2025 14:17

2194

Bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib.   

Qeyd olunub ki, pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.  

Xatırladaq ki, Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib. Rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbinin üçüncü sinif şagirdləri, 2016-cı il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər. 

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır. 

Faktla bağlı araşdırma aparılır.

Qiymət Mahir 

tag: TƏBİB,Goranboy,Xəstəxana,Müalicə,Todaypress.az,