Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
Sosial
29.07.2024 17:04
Azərbaycanın rayonlarında iyulun 30-31-də, avqustun 01-də əsasən dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimalı var.
tag: Şimşək, Temperatur, Azərbaycan, Hava, Yağış, todaypress.az,