Silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-dən məlumat verilib.
Martın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara atan, 1 tüfəng, 3 patron darağı, aşkar edərək götürüblər.
tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,