Silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Martın 29-da və 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 7 qumbara, 3 alışdırıcı, 8 tüfəng, 15 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,