Silah-sursat aşkarlanaraq götürüldü

Sosial

02.04.2025 10:45

2609

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə TodayPress-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Aprelin 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 22 patron darağı və 2982 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,