Şərurun bir hissəsində işıq olmayacaq

Sosial

11.03.2025 15:11

2061

 Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

TodayPress xəbər verir ki, bu barədə  muxtar respublikanın Dövlət Energetika Xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən, Naxçıvan MR Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Şərur rayonunun bir hissəsində sabah saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq.

tag: Azərenerji,Azərişıq,Naxçıvan,Şərur,Məlumat,Todaypress.az,