Şərurda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Sosial

23.04.2025 12:32

8

Aprelin 22-də saat 19:20 radələrində bir nəfər Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması  barədə  məlumat daxil olub.   

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikanın Daxili İşlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə məlumatında bildirilir ki, araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.  Polis və prokurorluq  əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub 

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

tag: DİN,Məlumat,Şərur,Cinayət,Todaypress.az,