Sərnişin avtobusu piyadanı vuraraq öldürdü
Sumqayıtda naməlum piyadanın ölümü ilə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə şəhərin 76-cı
məhəlləsində qeydə alınıb.
Sürücü Babək Əliyev idarə etdiyi sərnişin avtobusu ilə
yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun
həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Polis, Avtobus, Ölüm, Xəstəxana, Sumqayıt, todaypress.az,