Sənan Hacıyev: “Rayonlarda daha çox maarifləndirici işlər görülməlidir”
Sosial
10.10.2024 11:19
“Qadınlara qarşı zorakılıq bütün dünyada çox qədim bir fenomen olsa da, yalnız 1970-ci illərdən sonra insan hüquqları anlayışı çərçivəsində hüquqi və beynəlxalq mətnlərdə bir problem olaraq görüldü və bunun qarşısını almaq üçün araşdırmalara başlandı”.
TodayPress xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev Bakıda vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, məişət zorakılığından əziyyət çəkmiş şəxslərə dövlət qayğısı göstərilməlidir.
Azərbaycan Respublikasında 2010-cu ildə məişət zorakılğının qarşısının alınmasına dair qanunun qəbul edilməsi də bu siyasətin təsdiqidir.
Təəssüf ki, komissiyalar bu məsələlərdə passivdirlər və görünür ki, maraqlı deyillər. Lakin bu belə davam etməməlidir:
“Ötən il 600-dən çox zərərçəkmiş şəxs qeydə alınıb. Onlar arasında ən çox göstərici isə 168 nəfərlə Sabunçu rayonudur. Bu da onu deməyə əsas verir ki, ətraf rayonlarda daha çox maarifləndirici işlər görülməlidir”.
Qeyd edək ki, tədbir məişət zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər məsələləri əhatə edib.
Töhfə Səməd
tag: Ali Məhkəmə,Məişət zorakılığı,Tədbir,Sənan Hacıyev ,Todaypress.az,