Şəmkirdə yol qəzası - ər və arvadı xəsarət aldı
Sosial
09.11.2024 06:26
Şəmkir rayonunda 2 nəfərin xəsarət alması
ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
TodayPress xəbər verir ki, hadisə rayonun Qaracəmirli
kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticələnən 1990-cı il təvəllüdlü
N.Quliyev və 1996-cı il təvəllüdlü K.Quliyeva xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri
kafi və orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
tag: Şəmkir, Avtomobil, Qəza, Xəsarət, Qaracəmirli, todaypress.az,