Şəmkirdə müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Sosial

15.03.2025 16:00

2875

Şəmkirdə müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanıb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Onun sözlərinə görə, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

O. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

tag: DİN,Polis,Şəmkir,Müəllim,Todaypress.az,