Şəmkirdə ildırım iki nəfəri həyatından etdi
Sosial
01.06.2024 10:13
Şəmkir rayonun Zəyəm qəsəbəsində qadını ildırım vuraraq öldürüb. TodayPress xəbər verir ki, Şəmkir rayon sakini, D. Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Şəmkir rayonunda daha bir ildırımvurma hadisəsi Yeni Həyat kəndində qeydə alınıbş Olay nəticəsində 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlu hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
tag: Şəmkir,İldırım, Hadisə, todaypress.az,