Şəmkirdə dördotaqlı ev yandı
Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, dördotaqlı ev yanıb.
TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
tag: FHN,Şəmkir,EV,Yanğın,Yardım,Todaypress.az,