Şəmkirdə 5 yaşlı uşağı maşın vurub öldürdü

Sosial

15.06.2024 22:00

Şəmkirdə piyada ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə Şəmkir şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını 5 yaşlı Amin İslamlını vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır (apa).

tag: Şəmkir, Yol nəqliyyat, Hadisə, Səməd Vurğun küçəsi, todaypress.az,