Səmayə Əhmədli: “Sonuncu mina təmizlənənə qədər mübarizə aparacağam”
“Sonuncu mina təmizlənənə qədər mübarizə aparacağam”.
TodayPress xəbər verir ki, bunu “Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli "Güclü Qadın, Güclü Cəmiyyət” mövzusunda keçirilən tədbirdə deyib.
Səmayə Əhmədli insanları işğaldan azad olunan ərazilərə səfər edərkən diqqətli olmağa çağırıb.
“İnsanlar həyatlarını riskə atmamalı, nəfslərinin qurbanı olmamalıdırlar. Çünki bir anlıq hisslərinə qapılıb həmin ərazilərə heç bir qaydaya riayət etmədən getmək istəyirlər. Ancaq bilməlidirlər ki, bu addımları çox ciddi problemlərə səbəb ola bilər. Minalar səssizdir, üzərinə basana kimi. Bu mənada tam olaraq qadınlara bənzəyirlər”.
Töhfə Səməd
tag: Mina,Qarabağ,Hərəkət,Hadisə,Todaypress.az,