Şəkidə yüksək dağlıq ərazidə yanğın başladı
Şəkidə çətin relyefi yüksək dağlıq ərazidə yanğın başlayıb.
TodayPress xəbər verir ki, axşam saat 17 radələrində Şəki rayonu Baş Şabalıd kənd inzibati ərazisinin yaxınlığında çətin relyefi yüksən dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
Yanğının
söndürülməsi üşün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin
müvafiq texnikası, canlı qüvvəsi və Şəki Meşə Mühafizəsi və Bərpası
Müəssisəsinin əməkdaşları cəlb olunub.
İlkin məlumata
görə, yanğın 15 hektar ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və
xırda ağaclar yanır.
Yanğın çətin
relyefli yüksək dağlıq ərazidə olduğu üçün yanğının söndürülməsində ancaq əl
əməyindən və yanğınsöndürən balonlardan istifadə edilir.
Hazırda yanğın
davam edir.
tag: Şəki, Yanğın, Dağlıq, Yüksək, Meşə,todaypress.az,