Şəkidə məktəbdə yanğın oldu
Şəkidə məktəbdə yanğın olub.
TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin Küdürlü kəndində birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: Şəki,Məktəb,Yanğın ,FHN,Küdürlü ,todaypress.az,