Şəkidə ikifərdi yaşayış evində yanğın oldu
Şəkidə bir-birinə bitişik iki fərdi yaşayış evində yanğın olub.
TodayPress xəbər verir ki, axşam saat 18 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində Xatirə Nəzir qızı Məmmədzadəyə məxsus, ümumi sahəsi 300 kv/m olan ikimərtəbəli 5 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının
söndürülməsi üşün əraziyə Şəki rayon Dövlət yanğından Mühafizə Hissəsinin
texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün və
ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Yanğın evə
bitişik tikilən X. Məmmədzadəyə aid ümumi sahəsi 600 kv/m olan digər fərdi
yaşayış evinə də keçib. İkinci evin isə iknci mərtəbəsində aynəbəndin tavanı 3
kv/m, dam örtüyü isə 6 kv/m sahədə yanıb. Evlərin qalan hissələri yanğından
mühafizə olunub.
Yanğın zamanı
xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır
tag: Yanğın, Şəki,Yaşayış,Mühafifə, todaypress.az,