Şəkidə avtomobil aşdı, xəsarət alan var
TodayPress
xəbər
verir ki, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunda, Şəki rayonu İnçə
kəndi ərazisində baş verib.
İlkin məlumata görə,
hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol
kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Şəki, Qax, Qəza, Avtomobil, Nissan, todaypress.az,