Səhiyyə naziri: Bölgələrdə həkim çatışmazlığı aradan qaldırılacaq
Bölgələrdə həkim çatışmazlığı aradan qaldırılacaq.
TodayPress xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Onun sözlərinə görə, gənc mütəxəssisləri bölgələrdə işləməyə həvəsləndirmək üçün bir mexanizm olmalıdır.
"Bu istiqamətdə müəyyən araşdırmalar aparılır və yaxın 6-8 həftə ərzində artıq son sənəd təqdim oluna bilər” deyə nazir qeyd edib.
tag: Səhiyyə,Nazir,Teymur Musayev,Həkim,Todaypress.az,