Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edildi

Sosial

03.07.2024 14:15

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu barədə TodayPress-ə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

tag: Səfərbərlik Xidməti, Qanunvericilik, Vəzifəli Şəxslər, Materiallar, todaypress.az,