“Sea Breeze”dən Pirşağıya tramvay xəttinin çəkiləcəyi vaxt açıqlandı
Sosial
30.01.2025 21:05
“Sea Breeze” daxilində nəqliyyat həllərinin
planlaşdırılması çərçivəsində bu ərazidən Pirşağıya tramvay xəttinin çəkilməsi
2027−2029-cu illərdə nəzərdə tutulur.
TodayPress xəbər
verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı
şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Bununla bağlı nəqliyyat planının və tramvay xəttinin
layihələndirmə sənədlərinin hazırlanması, nəqliyyat planının təsdiqlənməsi,
nəqliyyat planının icrası, tramvay xəttinin tikintisi və istismara verilməsini
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya
Holdinqi, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Nəqliyyatı
Əlaqələndirmə Şurası ilə birlikdə həyata keçirəcək.
tag: Sea Breeze, Nəqliyyat, Sərəncam, İlham Əliyev, Prezident, todaypress.az,