Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirdi

Sosial

22.02.2025 15:44

2572

Samuxda oğulun atasınına balta ilə xəsarət yetirməsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma başlanıb. 

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Qeyd olunub ki, müvafiq ekspertiza təyin edilib, ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. 

Xəsarət alan Asif Zeynov bildirib ki, oğlu onu gecə yatan zaman baltalayıb.

Oğlunun Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğunu bildirən ata onun 5 aydır xəstəxanadan buraxıldığını deyib: “Gecə saat birdə başıma zərbə dəydi. Gördüm ki, oğlumdur vuran. Özüm də bilmirəm nəyə görə vurdu məni. İndiyə kimi nə istəyibsə, eləmişəm. Həmişə pul istəyirdi, verirdim. Bu dəfə pul istəmədi”. 

Gəncə Regional Psixatriya Xəstəxanasından bildirilib ki, 1978-ci il təvəllüdlü Şahnur Zeynalov 2020-ci ildən xəstəxanada qeydiyyatdadır. O, fevralın 21-də gecə saatlarında yenidən Psixatriya Xəstəxanasına yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.  (APA) 

tag: Xəsarət ,Psixiatriya Xəstəxanası,DİN,Gəncə,Todaypress.az,