Samirə Musayeva: “Mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib”
Sosial
24.10.2024 11:50
“Xarici hüquqi şəxslərin qeydiyyat prosesi tamamilə yerli hüquqi şəxslərin qeydiyyat proseduruna uyğunlaşdırılıb və bu sahədə mövcud fərqlər aradan qaldırılıb. Həmçinin həmin şəxslərin təsisçilərinin xarici fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, elektron qaydada dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar yaradılıb”.
TodayPress xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında bildirib.
Onun sözlərinə görə, sahibkarlıq mühitinin inkişafı istiqamətində bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq, həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün mühüm addımlar atılmasına şərait yaradıb. Dünya Bankının “Business Ready” hesabatı əsasında, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib.
Töhfə Səməd
tag: Biznes, İslahatlar, Kommersiya,Dövlət Vergi Xidməti,Business Ready, todaypress.az,