Şamaxıda qanunsuz saxlanılan silahlar təhvil verildi

Sosial

01.02.2025 00:11

Şamaxıda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən TodayPress-ə verilən məlumata görə, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 7 ov tüfəngini və patronları könüllü olaraq polisə təhvil veriblər.

 

tag: Şamaxı, Polis,Silah-Sursat, DİN, Tüfəng, todaypress.az,