Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edildi

Sosial

01.04.2025 10:50

2903

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov  barəsində həbs qətimkan tədbiri seçilib.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.az,