Salyanda avtomobil piyadanı vuraraq öldürdü
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə köhnə Ələt – Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Mədətov Elnur Mail oğlu yolu keçən zaman avtomobil vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Salyan,Piyada,Ələt ,Astara ,Çuxanlı kəndi,todaypress.az,