Salyanda avtomobil kollektora düşdü, ölənlər və yaralılar var
Sosial
30.01.2025 02:28
Salyanda avtomobil kollektora düşüb,
ölənlər və yaralılar var.
TodayPress xəbər verir ki, hadisə rayonun Seyidlər
kəndində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil digər
nəqliyyat vasitəsi ilə toqquşaraq yolun kənarındakı kollektora düşüb.
Hadisə nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin
yaralandığı bildirilir.
Hazırda əraziyə təcili yardım briqadası, FHN və
hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
tag: Səlyan, Qəza, Ölüm, FHN,Toqquşma,todaypress.az,