Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum oldu

Sosial

28.01.2025 20:38

Salyanda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

TodayPress xəbər verir ki, onlar rayonun Şorsulu kənd sakini Əhmədov Mustafa Allahyar oğlu və Biləsuvar sakini Mübaşir adlı şəxsdir. Hər ikisi meşə təsərrüfatının işçisidir.

Qəzada yaralanan Şorsulu kənd sakinləri, 1996-cı il təvəllüdlü Zeynalov Samid Eldəniz oğlu, 2009-cu il təvəllüdlü Quliyev Cəlal Ceyhun oğlu və digər hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Salyan, Ölüm, Qəza, Xəstəxana, todaypress.az,