Sahil Babayev: “6 il ərzində 609 min əmək müqavilə imzalanıb”

Sosial

19.12.2024 11:05

“Məşğulluq iki istiqamət üzrədir. Bunlardan birincisi iqtisadidirsə, digəri insan və əmək resurslarının inkişafıdır. Bu isə bizim ana xəttimizdir”. 

TodayPress xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4-cü Azərbaycan Karyera İnkişaf Forumunda deyib. 

Onun sözlərinə görə, bu forumun əsas məqsədi şəxslərin əmək bazarına hazırlamaq, addım-addım inkişafına nail olmaqdır:

“Azərbaycanda aparılan islahatlar nəticəsində minimum əmək haqqını 2.7 dəfə artıb. 

Həmçininn cəmi 6 il ərzində 609 min əmək müqavilə imzalanıb. Aktiv məşğulluq xidmətləri vasitəsilə 1.8 milyon insan işlə təmin olunub. 

Peşə yönümlü xidmətlərdən 120-130 min insan faydalanıb. 36 min şagirdə peşə hazırlığı mərkəzlərinin dəstəyi ilə xidmət göstərilib. 

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 145 elektron xidmət həyata keçirilir. Cari ilin 11 ayında 600 milyon dəfədən çox bu elektron xidmətlərdən istifadə edilib”. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil edilir. 

Töhfə Səməd

tag: Əmək, Əhali ,Sosial, Sahil Babayev ,todaypress.az,