Sabunçunun bəzi ərazilərində qaz müvəqqəti dayandırılacaq
Sabunçu rayonunun bəzi ərazilərinin qaz verilişi müvəqqəti dayandırılacaq.
Bu barədə TodayPress-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski, Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
tag: Sabunçu,Qaz,Fasilə, SOCAR, Azəriqaz, todaypress.az,