Sabunçuda sex yandı
Bakıda sex yanıb.
Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan sexin yanar konstruksiyaları 210 m² sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,