Sabunçuda sevgilisindən ayrılan oğlan özünü bıçaqladı

Sosial

17.06.2024 08:18

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Yeni Sahə adlanan ərazidə 2004-cü il təvəllüdlü Anar Şahin oğlu Məmmədov nişanlandığı xanımla mübahisə edib.

Yaxınlarının verdiyi məlumata görə, xanım ayrılmaq qərarına gəlib. Qərara etiraz olaraq A.Məmmədov bıçaqla özünə bir neçə xəsarət yetirib.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır (apa).

tag: Sabunçu, Ramana qəsəbəsi, Hadisə, Sabunçu Tibb Mərkəzi, todaypress.az,