Sabunçuda 56 yaşlı kişini avtomobil vurdu
Sosial
28.01.2025 08:45
Bakının Sabunçu rayonunda 56 yaşlı kişi
yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
TodayPress xəbər verir ki, 1969-cu il təvəllüdlü
Rüstəmov İlham Famil oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya
çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
tag: Sabunçu, Qəza, Hadisə,Yol-Nəqliyyat, Xəsarət, todaypress.az,