Şabranda ağır yol qəzası baş verdi, ölən var
Şabranda ağır yol qəzası baş verib, ölən və
xəsarət alanlar var.
TodayPress xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil
yolunun Şabran rayonun Agalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Belarus” markalı traktor qarşı istiqamətdə
hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilinin yoluna çıxaraq ona
çırpılıb.
Avtomobildə olan Aslanova Gülmirə Rəşid qızı hadisə
yerindəcə həyatını itirib.
Digər dörd nəfər isə – Şabran rayon sakinləri 1995-ci il
təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram
qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif
dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına
çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
tag: Şabran, Qəza, Ölüm, Xəsarət, Avtomobil, VAZ- 2106, todaypress.az,