Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat aşkarlandı
Sosial
31.01.2025 03:02
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə rayon sakini Qubad İslamov saxlanılıb.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat
Xidmətinin Quba regional qrupundan bildirilib.
Onun yaşadığı evə baxış zamanı 1 ədəd pnevmatik tapança,
1 ədəd qumbara, 130 ədəd patron, 9 ədəd bıçaq, patron doldurucu, 2 ədəd plastik
qabda qırma, gözyaşardıcı qumbaraya aid 48 ədəd sarı kütlə, 3 ədəd portativ
qızdırıcı şam aşkarlanaraq götürülüb.
Həmçinin, polis əməkdaşları xidmətlə olarkən yol
kənarından 1 ədəd avtomat silah, 1 ədəd patron darağı və 20 ədəd patron aşkar
ediblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
tag: Şabran, Silah, Quba, Tapança, Polis, DİN, todaypress.az,