Sabirabadda maşın aşdı: xəsarət alan var
Sabirabadda minik
avtomobili aşıb.
TodayPress xəbər verir ki, hadisə
Sabirabad rayonunun Polad Toğayı kəndində baş verib.
Rayon sakini, 1988-ci il təvəllüdlü
Bəhruz Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil aşıb. Nəticədə
sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan xəstəxanasına
yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Sabirabad, Maşın, Qəza, Xəsarət, todaypress.az,