Sabirabadda avtomobil "KamAz"la toqquşdu - Yaralanan var
Sabirabad
rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
TodayPress
xəbər
verir ki, hadisə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil
yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib.
"Mercedes"
markalı avtomobil və "KamAz" markalı yük maşınının toqquşması zamanı
xəsarət alan Anar Abbasov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və
dərhal təcili tibbi yardım göstərilərək həkim nəzarətinə götürülüb.
Faktla
bağlı araşdırma aparılır.
tag: Qəza, Avtomobil, Yol-Nəqliyyat, Sabirabad, KamAz, todaypress.az,