Sabirabad sakini bıçaqlandı
Sabirabadda 27 yaşlı gənc
qonşusu tərəfindən bıçaqlanıb.
TodayPress xəbər verir ki, hadisə
Sabirabad şəhərində baş verib.
Belə ki, Sabirabad şəhər sakini,
1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu
tərəfindən bıçaqlanıb.
Ağır vəziyyətdə Şirvan şəhər
xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş
yarası ilə əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Sabirabad, Qonşu, Bıçaqlanma, Sakin, Yaralı, Xəstəxana, todaypress.az,