Sabiq deputat Mirkazım Kazımov vəfat etdi
Sosial
17.06.2024 15:40
Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.
Bu barədə TodayPress-ə onun yaxınları məlumat verib.
Sabiq deputat M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.
Xatırladaq ki, Mirkazım Kazımov uzun müddət Milli Məclisin Cəlilabad rayonundan deputatı olub. Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.
tag: Deputat, Mirkazım Kazımov, Cəlilabad rayonu, Hasılı, todaypress.az,