Sabah hava yağmursuz olacaq - SABAHIN HAVASI
Sosial
27.01.2025 13:00
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
tag: Hava,Temperatur,Yağış,Rütubət,Todaypress.az,