Sabah hava yağmursuz keçəcək, duman olacaq

Sosial

13.03.2025 12:25

2649

Bakıda və Abşeron yarımadasındav fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.

Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

tag: Hava,Temperatur, Atmosfer, Duman,todaypress.az,