Sabah hava yağmursuz keçəcək

Sosial

05.03.2025 12:50

1767

Bakıda və Abşeron yarımadasında martın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

tag: Hava,Temperatur, Atmosfer, Duman,Yağmursuz,Todaypress.az,