Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sosial

10.03.2025 22:40

2180

Xəzər rayonu, “Qala” QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə 11.03.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

tag: Bakı, Qaz, Azəriqaz,Əhali,Qala, todaypress.az,