Sabah “ASAN”da qeyri-iş günüdür
Sosial
28.01.2025 16:51
Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində növbəti bələdiyyə seçkiləri ilə əlaqədar qeyri-iş günü olacaq.
TodayPress xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.
tag: Sabah ,ASAN,Kommunal,Xidmət,todaypress.az,